İnsan Resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis
EMPLOYER: Kredit Evi QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-16 LAST UPDATED: N/A DEADLINE: 2019-10-16

“Kredit Evi” QSC – İnsan Resursları üzrə mütəxəssis

“İR üzrə mütəxəssis” üçün tələblər:

Yaş həddi: 22-35 yaş
Cins: Qadın
Təhsili: Ali təhsil;
İş təcrübəsi: müvafiq sahədə 1 ildən yuxarı;
Dil bilikləri: Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
Komputer bilikləri: MS Office proqramlarını - xüsusilə Word və Excel (1C-8.3 versiyanı bilənlərə üstünlük verilir)

Bilik və bacarıqlar:

 Gərgin iş qrafikində işləmək bacarığı;
 Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
 Məsuliyyətli və diqqətli olmaq;
 Komandada işləmə bacarığı;
 Əmək məcəlləsini mükəmməl bilməli;
 İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
 İşdə dəqiqlik və detallara diqqətlilik.

Vəzifə öhdəlikləri:

 Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən işə qəbul və işdən azad olunan işçilərin sənədləşməsinin həyata keçirilməsi;
 İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması;
 Elektron hökumət portalında işləmək bacarığı;
 Əmək müqavilələrinin hazırlanması;
 Əmək kitabçalarının yazılması;
 Vəzifə təlimatlarının hazırlanması;
 Dövlət Qurumlarının tələb etdiyi hesabatların hazırlanması;
 Vakansiyaların tərtib edilməsi və müxtəlif saytlarda yerləşdirilməsi;
 CV-ləri dəyərləndirmək və ehtiyat bazası yaratmaq;
 Digər kargüzarlıq işlərinin icra olunması.

Əlavə şərtlər:

 Həftədə 6 iş günü: Həftə içi 5 gün 09:00 – 18:00, Şənbə günü 10:00-14:00;
 AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə;
 Əmək haqqı danışıq əsasında.

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) hr@kreditevi.az ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını (HR) e-məktubunuzun mövzu hissəsində göstəri. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP