Korporativ Hüquqşunas
 
JOB TITLE: Korporativ Hüquqşunas
EMPLOYER: Grand Agro MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-16 LAST UPDATED: N/A DEADLINE: 2019-10-16

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28    May və Koroğlu metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Nahar Şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Korporativ Hüquqşunas

Vəzifə öhdəlikləri

-      Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi
-      Müəssisənin satınalma, satış, xidmətlərin göstərilməsi, agentlik, tikinti və digər müqavilələrdə o cümlədən beynəlxalq müqavilə və sazişlərin  hüquqi ekspertizanın aparılması , rəy və  təkliflərin verilməsi
-      İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi prosedurların icrasını təşkil etmək;
-      Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması
-      Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək
-      Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini , həmin sənədlərin hüquqi qüvvəsinin mövcud vəziyyəti ilə bağlı təkliflər vermək
-      Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək
-      Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq
-      Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək

Tələb olunan təhsil və biliklər:

-Ali (Hüquq üzrə təhsil)
-Müvafiq sahə üzrə Minimum 3 il iş təcrübəsi
-Dil bilikləri: Azərbaycan dili – səlis,  Rus dili  və İngilis dili  (üstünlükdür)

Texniki Bacarıqlar

•        Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını dərindən bilməli
•        Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlarını bilməlidir

Səriştəlik

•        Məsuliyyətli,disiplinli,
•        Prinsip və Dəyərlərə sadiqlik
•        Prosedur və qaydalara riayət etmək
•        Komanda ilə işləmək bacarığı
•        Yaxşı ünsiyyət bacarıqları
•        Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək
•        İşə planlı yanaşma bacarığı, fikrini düzgün və səlist izah etmək
•        Təhlil etmə qabiliyyəti,

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Korporativ Hüquqşunas” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP