Satış üzrə mütəxəssis
 
JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER: Performance Center Co DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-16 LAST UPDATED: N/A DEADLINE: 2019-10-16

Performance Center Co” MMC (Chevrolet Azərbaycan) Avtomobil satışı üzrə mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.  

İş haqqında məlumat:

-Avtomobil bazarının təhlili, araşdırmaların və monitoringlərin aparılması;
-Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
-Avtomobillərin yüksək səviyyədə təqdim olunması, kampaniyalar, xidmətlər barədə geniş məlumat verilməsi;
-Alqı-satqı  müqavilə və sənədlərinin hazırlanması;
-Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.

Namizədə qarşı tələblər:

-Ali təhsil
-Yaş: 23-35
-Azərbaycan və rus dillərində səlis danışıq;
-Satış üzrə 2 il iş təcrübəsinin,        
-Təqdimat bacarığının olması;
-Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli,
-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik namizədlərə üstünlük veriləcək ( Xanım namizədlər təlimatlandırılacaq)  

Əlavə məlumatlar

-Həftədə 6 iş günü, saat 09:00-19:00
-Əmək haqqı 400-600 AZN
-Əlavə olaraq satışdan bonuslar 300-1000 AZN

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)   hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP