Mühasib-operator
 
JOB TITLE: Mühasib-operator
EMPLOYER: Azecolab Company MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-13 LAST UPDATED: N/A DEADLINE: 2019-10-13

Azecolab Company” MMC “Mühasib-operator” vəzifəsilə bağlı vakansiya elan edir

Namizədə Tələblər:

• Yaş həddi: 21-40 (xanımlara üstünlük verilir)
• Ali təhsil ( Mühasibatıq, maliyyə, iqtisadiyyət)
• Bu sahə üzrə baza bilikləri (sertifikatların olması üstünlükdür);
• Məntiqi təfəkkür;
• Dil bilikləri: Azərbaycan dili - əla, rus və ingilis dilləri-yaxşı;
• Ofis proqramlarında işləmək bacarığı
• Rəhbərin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi
• Təşəbbüskar və məsuliyyətli olma;
• Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
• Özünü inkişafa meyillilik;
• Komandada işləmə bacarığı;

İcra edəcəyi işlər:

• Mühasibatlıq üzrə əməliyyatlarının 1C proqramına daxil edilməsi
• Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması (E-portal proqramı, asan imza ilə işləmək)
• Bank əməliyyatlarının həyata keçirilməsi
• Maliyyə və vergi hesabatlarının hazırlanmasında iştirak
• Müştəri və təchizatçılar üzrə tələb olunan sənədlərin hazırlanması.

Əmək haqqı: 400 azn
İşçi Tibbi sığorta ilə təmin olunur
İş günləri : həftə içi 5 gün, saat 08:30-dan 17:30 –dək.
Nahar, çay fasiləsi və nəqliyyat (servis) şirkət hesabına təmin olunur

Maraqlanan namizədlərdən mailin mövzu hissəsində “Mühasib-operator” qeyd edərək CV formalarını hr@azecolab.com ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciətlərin göndərilməsinin son tarixi 30 sentyabr 2019-cu ildir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP