İR Meneceri
 
JOB TITLE: İR Meneceri
EMPLOYER: AS Prof Logistics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-13 LAST UPDATED: N/A DEADLINE: 2019-10-13

İR Meneceri

Əmək haqqı 700 AZN
Şəhər: Bakı

İş barədə məlumat

- Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;
- Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axını və səbəblərinin müəyyənləşdirilməsi, axının aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- İşçilərin şəxsi işlərinin məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi, işçilərin davamiyyət uçotunun aparılması;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- Sosial müavinətlərin hesablanması;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- İnsan resursları departamentinə aid hesabatların tərtib edilməsi və rəhbərliyə və ya şöbələrə təqdim edilməsi;
- Ofisdaxili idarəetmə işlərinin həyata keçirilməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
- İş vaxtı saat 09:00-18:00
- İş günləri həftənin 5 günü.

Namizədə aid tələblər:

- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli;
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində 2 il iş təcrübəsi olmalı.

Namizədlərədən cv@asprof.az elektron ünvanına mövzü bölməsində İR Menecer qeyd etməklə müraciət etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP