Video müşahidə üzrə operator
 
JOB TITLE: Video müşahidə üzrə operator
EMPLOYER: Azman MTK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-13 LAST UPDATED: N/A DEADLINE: 2019-10-13

Şirkət: “Azman” MTK

Video müşahidə üzrə operator

Funksional vəzifə öhdəlikləri:

- Yaşayış kompleksinin həyətinin, qarajların giriş çıxışı, həyəti, meydançaları, kompleksin perimetri boyunca yolları,
- kamera qurraşdırılmış xüsusi yerləri daimi nəzarət altında saxlamaq;
- baş verən hadisələrlə bağlı birbaşa rəhbərinə və idarəetmə mərkəzinə mütəmadi olaraq məlumat vermək;
- Video arxivlə işləmək, bütün video yazıları yaddaşında saxlayan DVR aparatlarını idarə etmək;
- Qurğuların video müşahidə avadanlıqlarında yaranmış xırda nasazlıqların aradan qaldırmaq.

Bilməlidir:

- Video görüntüsü və yaxınlaşdırılması olan təhlükəsizlik kamera sistemləri ilə işləməyi;
- Bütün video yazıları yaddaşında saxlayan NVR aparatlarını idarə etməyi.

Təhsil və ixtisas tələbləri:

- Peşə və ya orta ixtisas təhsili arzu olunandır.

Staja dair tələblər:

- Müvafiq sahə üzrə 1 il.

Komputer bilikləri:

- MS Office, video müşahidə qurğuları üçün qurulmuş proqram təminatları

İş qrafiki: növbəli
Əmək haqqı: 450 AZN

Maraqlı şəxslər CV-lərini vakansiyanın adını yazmaqla hr@asinshaat.az e-mailinə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP