Büdcə və maliyyə hesabatlığı üzrə baş mütəxəssis
 
JOB TITLE: Büdcə və maliyyə hesabatlığı üzrə baş mütəxəssis
EMPLOYER: AZFP Co LTD/Milla DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-13 LAST UPDATED: N/A DEADLINE: 2019-10-13

Şirkət: AZFP Co LTD/Milla

Vəzifə: Büdcə və maliyyə hesabatlığı üzrə baş mütəxəssis

• Maliyyə və idarəetmə hesabatlarını müəyyən edilmiş müddətdə tərtib və təqdim etmək;
• Maliyyə intizamının icrasına nəzarət etmək;
• İstehsal olunan məhsulların maya dəyərini və gəlirliyini planlaşdırmaq;
• Planlaşdırılmış xərclərin faktiki xərclərdən imtinasının analizi;
• Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat üçotunda düzgün əks etdirilməsini yoxlamaq;
• Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaq;
• Daxil olan pul vəsaitlərinin mühasibat uçotu hesablarında onların hərəkətinin düzgün əks etdirilməsini yoxlamaq;
• Şirkətlərlə və fiziki şəxslərlə imzalanması nəzərdə tutulan alqı-satqı, xidmə, icarə və sair müqavilələrin hazırlanmasında yaxından iştirak edir.

Tələblər:

• Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat üzrə);
• Maliyyə istiqamətində beynəlxalq sertifikatlara sahib olmaq (üstünlükdür);
• Sözügedən sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;
• Elektron maliyyə proqramları üzrə bilik və işlətmə bacarığına sahib olmaq;
• Yüksək səviyyədə riyazi və texniki bacarıqlara sahib olmaq;
• Analitik düşünmə qabiliyyətinə sahib olmaq;
• Azərbaycan və inglis dili üzrə mükəmməl biliklər;
• Microsoft Office proqramlarında işləmə qabiliyyəti;
• Konsolidasiya prosesinin texniki biliklərinə sahib olmaq üstnlükdür;
• Maliyyə sektorunda iş təcrbəsinin olması üstünlükdür

Qeyd:

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12.10.2019-ci il tarixinədək Hr@milla.az elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində “Büdcə və maliyyə hesabatlığı üzrə baş mütəxəssis” göstərməyiniz xahiş olunur.Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaqdır

Ünvan :Şamaxı yolu 15-ci km, Bakı, Azərbaycan

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP