İnsan Resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis
EMPLOYER: Azplast 2012 LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-13 LAST UPDATED: N/A DEADLINE: 2019-10-13

Vəzifə : İnsan Resursları üzrə mütəxəssis

Namizədə olan tələblər :

- Müvafiq sahədə minimal 5 il iş təcrübəsi;
- Dağ mədən, tikinti quraşdırma sahəsində iş təcrübəsi olan şəxlərə üstünlük veriləcək;
- Səlis yazı və danışıq qabiyyətinə malik olan, Azərbaycan dilinin qrammatikasını sərbəst bilən, öz fikirlərini şifahi və yazılı olaraq sərbəst ifadə edə bilən şəxs olması tələb olunur;
- Yüksək səviyyədə kompyuter bilikləri ( Word, Exel, Power Point, Outlook və s.)

İş şərtləri :

- 5 günlük iş norması (şənbə bazar istirahət günləri)
- İş vaxtı : 09:00 – 17:00

Əmək funksiyası :

• Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
• Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında, səbəblərini qeyd etməklə raport tərtib edir.
• Sahə işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır və məlumat verir.
• İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
• Müəyyən olunmuş qaydada işlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntular haqqında məlumatları əks etdirən tabeli aparır.
• Sahə işçilərinin işə dəvamiyyət işini, qeydiyyatını, mərkəzi ofisə göndərilməsini təmin etmək.
• İşçilərin daxili intizam qaydalarına nəzarət etmək və mərkəzi ofisi məlumatlandırmaq. (təqdimat formasında)
• Sahənin işçi tələbatını sahə rəhbəri ilə razılaşdırmış qaydada göndərmək.
• Sahə işçilərinin iş növbəliyini, icazələrini və digər oxşar işləri əlaqələndirmək.
• Sahədə işə yeni başlayan işçilərin qəbulu və yerləşdirilməsi.
• Boşdayanma, iş vaxtından artıq işin qeydiyyatını aparmaq və məlumatlandırmaq (təqdimat formasında)
• Eyni zamanda iş prossesindən asılı olaraq yaranmış vəziyyətlərin Əmək Qanunvericiliyinə uyğun olaraq həll etmə bacarığı.
• Bununla yanaşı ixtisasına peşəsinə uyğun olaraq iş ilə əlaqədar rəhbərliyin verdiyi tapşırıqların icrasını təmin etmək.

Əmək haqqı :  600 AZN

Əlaqə nömrəsi : 0559097287 – İR üzrə menecer
E mail ünvanı : cv@azplast.az
Ünvan : Bakı şəh., Nobel prospekti, Ağ Şəhər Biznes Mərkəzi

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP