Biznes rəhbər
 
JOB TITLE: Biznes rəhbər
EMPLOYER: Autolux Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-12 LAST UPDATED: N/A DEADLINE: 2019-10-12

“Avtolüks Azərbaycan” MMC üçün Jaguar Land Rover brendlərini təmsil edəcək biznes rəhbəri tələb olunur.

İş vaxtı qrafik üzrə müəyyən olunur;

Namizədə olan tələblər:

1. 5 il müvafiq sahədə iş təcrübəsi;
2. Ali təhsil;
3. Əla səviyyədə İngilis dili biliyi;
4. Yaş həddi 25-55.

Vəzifə öhdəlikləri:

1. Təmsil etdiyi brendlərin standartlarının siyasətinə həmçinin şirkət daxili prosedur və qaydalara uyğun olaraq biznes fəaliyyətinin təşkil edilməsi;
2. İllik Biznes planın hazırlanması və icrasına nəzarət;
3. Satış və qiymət siyasətinin müəyyən edilməsi;
4. Biznes Plana uyğun olaraq satış hədəflərinin yerinə yetirilməsinə nəzarət;
5. Servis xidmətinin işinə nəzarət və istehsalçı şirkətin prosedurlarına uyğun olaraq işin təşkil edilərək təkmilləşdirilməsi;
6. Biznesin bütün sahələri üzrə yuxarı rəhbərliyə hesabatların hazırlanması və dövrü olaraq təqdim edilməsi;
7. İllik Biznes plana əsasən hazırlanmış Marketinq planının icrasına nəzarət;
8. Kadr siyasətinin müəyyən edilməsində yaxından iştirak etmək və həvəsləndirmə sistemlərinin yaradılması, təkmilləşdirilməsi üzrə tədbirlər planının yuxarı rəhbərliyə təqdim edilməsi;
9. Şirkətin xərclərinin optimallaşdırılması, gəlirlərinin artırılması, fəaliyyət sahələrinin effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması və icrasına nəzarət;
10. Müxtəlif layihələrin koordinasiya edilməsi və icrasına nəzarət.

Email : Hr@autolux-az.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP