
Bakı şəhərində fəaliyyət göstərən “SAFA HOLDİNG” şirkətlər qrupuna “Resepşn” vakansiyasına elan verir:
Vəzifə öhdəlikləri:
- Gələn qonaqların qarşılanması və salamlanması; - Şirkətə daxil olan zənglərin cavablandırılması və müvafiq işçilərə yönləndirilməsi; - E-maillərin cavablandırılması və müvafiq işçilərə yönləndirilməsi; - Lazım olan sənədlərin hazırlanması; - Qeydiyyat işlərinin aparılması; - Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi:
Tələblər:
- Ali təhsil; - Yaş: 22-30; - Bu sahədə minimum 1 ilə yaxın iş təcrübəsi; - Excell və Word proqramlarında işləmək, outlookdan, internetdən sərbəst istifadə bacarığı olmalı; - Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, ingilis dilini bilənlərə üstünlük verilir; - Ünsiyyət qurma və analiz etmə qabiliyyəti olmalı; - Komandada işləmək bacarığına sahib olmalı; - Xarici görünüşü, gülərüzlüyü və pozitivliyi əsas şərtlərdən biridir; - Nəzakətli, kollektivdə mehriban, intizamlı olmalı; - Danışıq qabiliyyəti və fikrini izah etmək qabiliyyəti olmalı; - Müdriyyət tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək bacarığı olmalı; - İşində məsuliyyətli və dəqiq olmalı; - Yalnız xanım namizədlər müsabiqəyə dəvət olunur;
İş haqqında məlumat:
- Əmək haqqı – 500-600 manat; - İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət; - İstirahət günləri: Bazar; - Nahar yeməyi şirkət tərəfindən verilir; - İş yeri: Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini info@safa.az elektron ünvanına göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “Resepşn” vakansiyanın adını qeyd edəsiniz. Əlaqə nömrəsi (012) 430 85 85, daxili 123.
|