Müştəri əlaqələri üzrə Menecer
 
JOB TITLE: Müştəri əlaqələri üzrə Menecer
EMPLOYER: ATL Tech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-11 LAST UPDATED: 2019-09-11 DEADLINE: 2019-10-11

ATL Tech şirkəti 2013 cü ilin fevralında ATL Groupun infromasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən bir şirkəti kimi yaradılmışdır. Şirkətimiz bir sıra qlobal şirkətlərlə əməkdaşlıq quraraq, İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təqdim edir.

Ən qabaqcıl texnologiyaları tətbiq etməklə, biz şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edirik.

Müştəri əlaqələri üzrə Menecer

Vəzifə öhdəlikləri:

 Müştəri tərəfindən daxil olan şikayətlərin və narazılıqların araşdırılması və həll olunmasına çalışmaq;
 Müvafiq olaraq şikayətləri və sorğuları lazımı departamentlərə ünvanlamaq;
 Sifarişləri şirkətin fəaliyyəti üzrə istifadə olunan müvafiq sistem üzərindən qeydiyyatını və hərəkətini təmin və nəzarət etmək;
 Sifarişin icra olunması üçün ehtiyac duyulduqda xidmət və ya avadanlıqların qiymət təklifinin hazırlanmasını və müştəriyə təqdim edilməsinə köməklik etmək;
 İcrası təsdiq olunmuş sifarişlərin tədarük olunmasına nəzarət etmək;
 Tədarük olunmuş avadanlıqların qısa müddətdə müştəriyə çatdırılması üçün gərəkli tapşırığları vermək;
 Sifariş icra olunduqdan sonra tərtib olunaraq imzalanmış aktları qəbul etmək, düzgünlüyünü yoxlamaq, arxivləşdirmək və nüsxələrini mühasibatlığa təhvil vermək;
 Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılmasını həyata keçirmək;
 Şöbənin fəaliyyət sahəsi üzrə hesabatların hazırlanmasında iştirak etmək;
 Aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlamaq;

Tələblər:

 Ali təhsil;
 Rus və ingilis dillərini sərbəst bilməli;
 Kompüter proqramlarında sərbəst işləmək bacarığı;
 Ünsiyyəcil, yüksək danışıq qabiliyyəti ;
 İnkişafa meyilli olmalı;
 Kollektivlə işləməyi bacarmalı;
 Uyğun sahə üzrə 2 ildən yuxarı iş təcrübəsi;
 Texniki düşünmə bacarığı;
 Təqdimat bacarığının olması;

Maraqlanan namizdələrdən http://career.atltech.az/vacancy/43 linkə keçid edərək, müraciət etmələri xahiş olunur. Xahiş edirik nəzərə alasınız ki, yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP