
Zeta Group “İnsan resursları üzrə menecer” vakansiyasını elan edir.
Namizədə tələblər:
• Yaş: 30-40 • Cinsi: Kişi və ya qadın • Təhsil: Ali • İş təcrübəsi: İnsan resursları üzrə menecer +3 il • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) • Kompyuter bilikləri: MS Office-əla, 1C orta səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı • Nitq mədəniyyəti • İnsanlarn psixoloji durumunu analiz etmə bacarığı • İdarəetmə bacarığı
Əsas vəzifə öhdəlikləri:
• İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərini idarə etmək; • Təlimlərin və motivasiya ehtiyaclarının planlaşdırılması, həyata keçirilməsində təşkilatı işləri idarə etmək; • İşçilərin şəxsi işlərini formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanmasına nəzarət; • İşəqəbul, xitam, məzuniyyət, ezamiyyət və s. əmrlərin tərtib edilməsinə nəzarət; • İşçilərin icbari sığortasını həyata keçirmək; • İşçilərin davamiyyət uçotunu aparmaq; • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsinə nəzarət; • İllik HR planın tərtibi, HR büdcənin hazırlanması.
İş şərtləri:
• İş vaxtı 09:00 - 18:00 • İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir) • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir • Əmək haqqı müsahibə əsasında təyin ediləcək
Maraqlanan şəxslər öz CV formalarını cv@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin) Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
|