Təchizat meneceri
 
JOB TITLE: Təchizat meneceri
EMPLOYER: Sağlam Ailə DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-10 LAST UPDATED: N/A DEADLINE: 2019-10-10

Təchizat meneceri

Namizədə olan tələblər:

- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə (yazı, danışıq, oxuma) bilməli;
- İşgüzar danışıqları aparma qabiliyyəti olmalı;
- Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik və ünsiyyətcil olmalı;
- Komanda ilə işləməyi bacarmalı;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- Daxili və xarici kommunikasiya alətləri ilə iş bacarığı;
- Qarşısına qoyulan hədəfləri yerinə yetirməli;
- MS ofis proqramlarından peşəkar istifadə təcrübəsi;
- Vəzifə üzrə ən azı 5 il iş təcrübəsinin olması;
- Tibbi sahə üzrə təchizat təcrübəsinin olması (üstünlükdür)

İş barədə məlumat:

- Bütün növ sifarişlərin xarici və daxili bazarlar üzrə axtarışı, tapılması, onlarla əlaqənin yaradılması, şirkətlərlə müqavilələrin bağlanması və satın almanın həyata keçirilməsi;
- Xarici bazar qiymətlərinin analizi və müqayisəli hesablamanın aparılması;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilinin təşkil edilməsi;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını təmin etmək;
- İstehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanması;
- Təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması;
- ISO 9001-2008 Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində təchizat işinin təşkil edilməsi;
- Birbaşa rəhbəri tərəfindən verilən yazılı və şifahi tapşırıqları vaxtı – vaxtında, operativ, düzgün və təhlükəsiz icra etmək;

İş şəraiti:

- İş günü: 6 gün (bazar-bayram günləri istirahət) ;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
- Əməkdaşlar və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;

Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin hr@saglamaile.az  e-mail ünvanına “Təchizat meneceri” qeyd etməklə CV göndərməsi zəruridir.
CV-lərin şəkilli olması arzuolunandır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP