Anbardar Köməkçisi
 
JOB TITLE: Anbardar Köməkçisi
EMPLOYER: Sağlam Ailə DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-10 LAST UPDATED: N/A DEADLINE: 2019-10-10

Anbardar Köməkçisi

Namizədə olan tələblər:

- Ali və ya orta ( və ya orta ixtisas) təhsil;
- Azərbaycan dilini yüksək səviyyədə (yazı, danışıq, oxuma) bilməli;
- Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik və ünsiyyətcil olmalı;
- Komanda daxilində işləməyi bacarmalı;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- Qarşısına qoyulan hədəfləri yerinə yetirməli;
- MS ofis( MS Word MS Excel) proqramlarından istifadə təcrübəsi;
- Vəzifə üzrə ən azı 1 il iş təcrübəsinin olması;

İş barədə məlumat:

- Yoxlanılmış qaimə-fakturaları sistemə daxil edilməsi üçün anbardara təqdim etmək;
- Mallar yoxlanılıb qəbul edildikdən sonra müvafiq anbar rəflərinə yığılması işlərini təşkil etmək;
- Anbarda məhsulların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini təşkil edən zaman anbar sahələrindən səmərəli istifadə edilməsi, səliqəli saxlanması, materialların axtarılmasının asanlaşdırılması, tezləşdirilməsi amillərini nəzərə almaq;
- Məhsulların anbara qəbulu zamanı faktiki miqdarını, qablaşdırılmanın vəziyyətini və sənədlərlə uyğunluğunu yoxlamaq, kənarlaşmalar olduqda anbardara və təchizatçıya (tədarükçüyə) məlumat vermək;
- Yükləri yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra anbara qəbul etmək;
- Anbardan çıxarılan və daxil olan məhsulların qeydiyyatını aparmaq;
- Anbara qəbul edilmiş məhsulların keyfiyyətini yoxlamaq və bu haqda hesabat yazmaq;
- Anbar ilə əlaqəli rəhbərinin digər şifahi və yazılı tapşırıqlarını icra etmək;

İş şəraiti:

- İş günü: 6 gün (bazar-bayram günləri istirahət) ;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
- Əməkdaşlar və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;

Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin hr@saglamaile.az  e-mail ünvanına “Anbardar Köməkçisi” qeyd etməklə CV göndərməsi zəruridir.
CV-lərin şəkilli olması arzuolunandır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP