Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis (əməliyyat riskləri üzrə)
 
JOB TITLE: Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis (əməliyyat riskləri üzrə)
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-10 LAST UPDATED: N/A DEADLINE: 2019-10-10

AFB Bank Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis (əməliyyat riskləri üzrə) vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Aparıcı mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi və ya maliyyə təhsili.;
• Qeyd olunan sahə üzrə ən az 1 il iş təcrübəsi;
• Dil bilikləri (ingilis,rus) arzu olunandır;
• Ofis proqramları (Microsoft word, Microsoft Excell) və SQL Proqramında işləmək bacarığı;
• Qanunvericilik, sənədləşmə, Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları üzrə biliklər;
• Ünsiyyətcil və Komandada işləmək bacarığı;
• Qərar vermə qabiliyyəti.

İŞİN TƏSVİRİ:

1. Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
2. Risk özünü qiymətləndirmə alətinin tətbiqi;
3. Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
4. Bank daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
5. Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
6. Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
7. Əməliyyat risklərinin idarə edilməsi prosesindərisk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
8. Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
9. İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
10. Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
11. Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
12. Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP