
Açıq və qapalı məkanlarda reklam üzrə satış mütəxəssisi
Vəzifəyə aid qoyulan tələblər
• Təhsil:Ali təhsil; • Təcrübə: minimum 3 il; • Yaş: 25 – 35; • Dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl bilməli (ingilis dili arzuolunandır)
Vəzifə öhdəlikləri:
- Reklam sahəsində təcrübəsinin olması; - Müştərilər üçün təklif paketlərinin hazırlanması; - Şirkətlərlə korporativ danışıqların aparılması; - Satışların təşkili, planlaşdırılması və müqavilələrin bağlanması; - Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması; - Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim edilməsi; - Müştəri bazası və yerli bazardakı trendlərin təhlilinin aparılması, müştərilərin tələblərini öncədən praqnozlaşdırılması.
Şəxsi keyfiyyətlər:
- Düzgün şifahi nitq qabiliyyəti və elektron yazışma qaydalarına riayət etməli; - Analitik düşünmə qabiliyyətinə malik olmalı; -Yüksək kreativlik və təşəbbüskarlıq; -Müstəqil qərar qəbul etmək bacarığı və qətiyyətlilik ; - Detallara diqqət etməli, yaradıcı olmalı və təqib etməli; -Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli; - MS Office proqramlarını mükəmməl bilməli; -Vaxtın düzgün idarə edilməsi; - Daima üzərində işləməli .
Əlavə məlumatlar:
• Əmək haqqı: 750-900 AZN+bonus;
Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində "Açıq və qapalı məkanlarda reklam üzrə satış mütəxəssisi" yazmaqla hr@airgroup.az elektron ünvanına göndərə bilərlər
|