İnformasiya təhlükəsizliyi şöbəsinin Mütəxəssisi, Aparıcı/Baş mütəxəssisi
 
JOB TITLE: İnformasiya təhlükəsizliyi şöbəsinin Mütəxəssisi, Aparıcı/Baş mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-09 LAST UPDATED: N/A DEADLINE: 2019-10-09

Kapital Bank namizədləri İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis, Aparıcı/Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• İnformasiya Təhlükəsizliyi sistemlərinin quraşdırılması, konfiqurasiyası və dəstəklənməsi (NGFW, IDS/IPS, WAF, Secure Web Gateway, Secure Email Gateway, DLP, Endpoint Security, DB Security);
• İcazələrin İdarə Edilməsi sistemlərinin quraşdırılması, konfiqurasiyası və dəstəklənməsi (Privileged Access Management, Network Access Management);
• Təhlükələrin Aşkarlanması və Təhlükəsizlik İnsidentlərinin Cavablandırılması sistemlərinin quraşdırılması, konfiqurasiyası və dəstəklənməsi (SIEM, Threat Detection System, UEBA)
• İstifadəçilər üzrə təhlükəsizlik sistemlərinin (Antivirus, Encryption, Device Control) quraşdırılması, konfiqurasiyası və dəstəklənməsi;
• Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq;
• Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq və s.

Tələblər

• Ali Təhsil;
• İT sahəsində minimum 1-3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərini üzrə dil bilikləri;
• İT sahəsində dərin texniki biliklər (Windows, *nix Əməliyyat Sistemləri, virtualizasiya texnologiyaları, şəbəkə texnologiyaları, şəbəkə Firewall-ları, IDS/IPS, WAF, SIEM, DLP, Endpoint təhlükəsizliyi və s.)
• Məsuliyyətlilik, dəqiqlik və komandada işləmə bacarığı;
• Analitik düşünmə və çevik qərarvermə qabiliyyəti.
• İT üzrə beynəlxalq sertifikatların/şəhadətnamələrin mövcudluğuna üstünlük verilir;

CV-lərinizi, mövzu hissəsində “İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis, Aparıcı/Baş mütəxəssis” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP