
“Performance Center Co” MMC (Chevrolet Azərbaycan) “Korporativ xidmət üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
İş haqqında məlumat:
• Avtomobillərə texniki xidmət üzrə bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması; • Balansında avtonəqliyyat vastələri olan korporativ şirkətlər üzrə müştəri bazasının formalaşdırılması və əlaqələrin qurulması; • Müraciət edən korporativ müştərilərin və onların nəqliyyat vasitələrinin qəbulu , texniki qulluq və təmir işlərinin təmin edilməsi; • Müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və yeni müştərilərin cəlb edilməsi; • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması; • Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlərin həyata keçirilməsi; • Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi; • Həftədə 6 iş günü, saat 09:00-18:00 • Əmək haqqı: 800-1000 AZN
Namizədə qarşı tələblər:
• Ali təhsil (texniki) • Cins: kişi • Yaş: 25-35 • Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmalı; • Təqdimat bacarığının olması; • Azərbaycan, ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyətli, (rus dili arzuolunandır) • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli; • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; • Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ xidmət üzrə mütəxəssis” qeyd etməklə( əks halda qəbul edilməyəcək) hr@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur.
|