Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Azerbaijan Poultry Company MMC DUTY STATION: Azərbaycan
PUBLISHED: 2019-09-09 LAST UPDATED: 2019-09-09 DEADLINE: 2019-10-09

Vəzifəsi: Hüquqşünas

Vəzifə öhdəlikləri:

- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
- Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Struktur bölmələrin təşkil etdiyi müqavilə rəsmiləşdirilmə işinin mahiyyətinə aid zəruri görüş və danışıqlarda iştirak edilməsi;
- Şirkətin mənafeyini məhkəmə orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək
- Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.

Tələblər:

- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

CV-i cv@apc.az ünvanına yollamaq xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP