Tibbi Nümayəndə (Təcrübəçi)
 
JOB TITLE: Tibbi Nümayəndə (Təcrübəçi)
EMPLOYER: Saf Pharma LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-06 LAST UPDATED: N/A DEADLINE: 2019-10-06



Saf Farma” şirkəti Azərbaycanda 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, biz əczaçılıq bazarında sağlamlığın qorunub saxlanması üçün zəruri olan məhsulların təbliğatı və yayılması ilə məşğul oluruq. Biznes işində etdiyimiz innovativ yanaşmalar məhsulların və xidmətlərin müvəffəqiyyətli satışının həyata keçirilməsinə şərait yaradır. Əməkdaşlarımızın peşəkarlığı və məhsulların istehlakçıları ilə olan daimi ünsiyyət, “Saf Farma” şirkətinə tamamilə yeni fəaliyyət istiqamətlərini inkişaf etdirməyə imkan verir. Ayrıca bir sıra MDB ölkələrində regional ofislər açaraq, bununla da beynəlxalq arenada mövqelərimizi möhkəmləndirməyə davam edirik.

"Saf Farma" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi inkişafı, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması yönümdə fəal iş aparır.

Niyə məhz Saf Farma?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq;
- İstedadlı gənclərə yol açırıq.

Saf Pharma“ MMC şirkəti Tibbi Nümayəndə (Təcrübəçi) vakansiyasını açıq elan edir!

Tələblər:

- Ali təhsil müəssissini və ya tibbi orta ixtisas təhsilini yeni bitirməlidir.
- Azərbaycan dilində səlist yazmaq və danışmaq bacarığı olmalıdır;
- İnkişafa meylli olmalıdır;
- Aktiv öyrənmə bacarığı olmalıdır;
- Təşəbbüskarlıq və yenilikçilik bacarığı olmalıdır.

Vəzifələr:

- Hər gün tibb müəssisələrində həkimlərlə görüşüb şirkətin məhsullarının təqdimatını etmək.

Təklif edirik;

- Karyera inkişafı;
- Əmək Məcəlləsinə əsasən rəsmiləşmə;
- 5 günlük iş rejimi;
- Ödənişli təcrübə proqramından fayadalanma imkanı.

Qeyd: Ofis işi deyil, bölgə sistemidir.

Maraqlanan şəxslər CV-lərini müvzu yerində “Tibbi Nümayəndə (Təcrübəçi)” qeyd etməklə, cv@saffarma.az ünvanına göndərə bilərlər.
Son tarix: 06.10.2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP