
Zeta Group-a daxil olan “Kensington” MMC “İnşaat mühəndisi” üzrə vakansiya elan edir.
Namizədə tələblər:
• Təhsil: Ali (İnşaat mühəndisliyi üzrə olması arzuolunandır) • İş təcrübəsi: Inşaat mühəndisi üzrə +3 il • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı) • Kompyuter bilikləri: MS Office (əla), Autocad, Tekla
Şəxsi keyfiyyətlər:
• Ünsiyyət qurmaq bacarığı • Məntiqi təfəkkür, analiz etmə bacarığı • İdarəetmə bacarığı • Problem həll etmə bacarığı
Əsas vəzifə öhdəlikləri:
• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq; • Tikinti işlərinin həcminin, dəyərinin, keyfiyyət və kəmiyyətinin layihə-smeta sənədlərinə, tikinti standartlarına və texniki şərtlərinə uyğunluğuna nəzarət etmək; • Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq; • Forma №2 təhlili, görülən işlərə yerində baxış keçirilməsi, plandan kənar hal aşkarladıqda aktlaşdırılması və zəruri tədbirlərin görülməsi; • Tikinti obyektlərində keçirilən tikinti, təmir, quraşdırma, yenidən təşkil və bərpa işlərində həyata keçirilən işlərə nəzarət etmək.
İş şərtləri:
• İş vaxtı 09:00 - 18:00 • İş günü 6/1 (Şənbə günü qısaldılmış iş günü) • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir • Əmək haqqı 2000AZN
Maraqlanan şəxslər öz CV formalarını cv@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin) Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
|