İnformasiya sistemlərinin təminatı və texniki dəstək idarəsinin Böyük İT mütəxəssisi
 
JOB TITLE: İnformasiya sistemlərinin təminatı və texniki dəstək idarəsinin Böyük İT mütəxəssisi
EMPLOYER: AR Maliyyə Bazarlarına Nəzarət Palatası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-05 LAST UPDATED: N/A DEADLINE: 2019-10-05

İnformasiya sistemlərinin təminatı və texniki dəstək idarəsinin Böyük İT mütəxəssisi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İnformasiya sistemlərinin təminatı və texniki dəstək idarəsinin Böyük İT mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Tam ali təhsil (texniki);
• Analoji sahədə minimum 5 il iş təcrübəsi;
• Cisco OS (routing, switching, voice) Cisco ASA, Cisco NGFW inzibatçılığı, Unix/Linux (yum və deb) Squid Proxy;
• Yüksək analitik və problemləri həll etmə bacarıqları, operativlik, təşəbbüskarlıq.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

• Palatanın daxili və xarici şəbəkələrinin inzibatçılığı;
• Palatanın internetə çıxış (proxy) serverinin sazlanması;
• İnformasiya sistemlərin topologiyasının hazırlanması, dəyişikliklərin qeyd olunması və dəyişikliklərin qeydiyyat jurnalının doldurulması;
• İnzibatçılıq etdiyi sistemlərin monitorinqi və ehtiyat surətlərin çıxarılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə hr@fimsa.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP