
“Avtolüks Azərbaycan” MMC-yə Hüquqşünas tələb olunur.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Namizədə olan tələblər:
1. Hüquq ixtisası üzrə ali təhsil; 2. Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti ; 3. Müvafiq sahədə minimum 5 il iş stajı ; 4. Mövcud qanunvericilikləri bilmək; 5. Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti; 6. MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusilə Word); 7. Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
1. Şirkətin fəaliyyəti zamanı hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi ; 2. Müqavilə layihələrinin hazırlanması, şirkətin adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi ; 3. Bütün dövlət idarəetmə , notariat , məhkəmə və icra orqanlarında Şirkətin təmsil edilməsi, daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanılması, biznes proseslərə uyğunlaşdırılması ; 4. Şirkət daxili şöbələrinin əsasnamələrinin hazırlanmasında struktur bölmələrə metodiki tövsiyələr vermək, ehtiyac yarandığı halda nümunəvi formalar təqdim etmək, əsasnamələrə dəyişikliklər etmək; 5. Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması; 6. Daxili prosedurların, qaydaların, təlimatların, Pasportların və s., təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək; 7. Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
Email : Hr@autolux-az.com
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
|