
Mağaza müdiri
İş barədə:
• Mağazanın sıravi və digər personalı (şöbə müdiri, satıcı, kassir, təmizlik və park xidməti; mühafizə xidməti və s.) üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək; • Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək; • Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək; • Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək; • Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək; • Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək; • Marketə lazım olan malların sifarişinin formalaşdırmasına nəzarət etmək; • Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək.
Tələblər:
• Ali təhsil; • Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)olmalı; • İşgüzar davranış etikasını; • Satılan məhsulun assortimentini və satış qiymətlərini; • Satış texnikası və prinsiplərini; • Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını; • Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir; • Kompüter bilikləri (MS Office); • Pərakəndə sektorunda 2 il iş təcrübəsi.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Mağaza müdiri" yazmaqla hr@nurgun.az ünvanına göndərə bilərlər.
|