SƏTƏM üzrə təlimçi
 
JOB TITLE: SƏTƏM üzrə təlimçi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-04 LAST UPDATED: N/A DEADLINE: 2019-10-04

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: SƏTƏM üzrə təlimçi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 il iş təcrübəsi
Təhsil: Ali
Yaş həddi: 25- 40

İşin təsviri: Şirkətdə SƏTƏM təlimlərinin təşkili və həyata keçirilməsini icra edir.

Vəzifə öhdəlikləri:

- Şirkət daxilində illik təlim planına əsasən bütün heyətə fərqli mövzularda SƏTƏM təlimlərinin təşkili və təlimlərin verilməsini həyata keçirmək;
- Təlimlər ilə bağlı hesabatlar hazırlamaq;
- Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək.

Tələblər:

- Təlim metodologiyası bilikləri;
- Auditoriya ilə işləmə bacarığı;
- İştirakçılarla ünsiyyət zamanı dəqiq, aydın və lokanik olmaq;
- Heyətin təlim ehtiyaclarının qiymətləndirilməsi və ölçülməsi bacarıqları;
- MS Office proqramları biliyi (xüsusilə əla səviyyədə PowerPoint bilikləri);
- Rus dilində orta və ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- SƏTƏM və ya Təlimçi kimi müvafiq sertifikatların olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat ilə çatdırılır;
- Nahar ilə təmin edilir.
- 5 günlük iş qrafiki.
- Əmək müqaviləsi.
- Endirimli Tibb xidməti.

Müraciət qaydaları:

CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “SƏTƏM üzrə təlimçi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP