Satış və Marketinq üzrə menecer
 
JOB TITLE: Satış və Marketinq üzrə menecer
EMPLOYER: Connect Services DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-03 LAST UPDATED: N/A DEADLINE: 2019-10-03

“Connect Services” MMCSatış və Marketinq üzrə menecer” vəzifəsinə vakansiya elan edir.

Namizədə tələblər:

- Ali təhsil
- İş stajı: minimum 3-5 il
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dil bilgisi üstünlükdür.
- MS Office biliklərə sahib olmaq
- Yaş həddi: 23-33

İş barədə məlumat:

- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edilməsi, onlara nəzarət və təhlilin aparılması;
- Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlanması və təqdimatının aparılması;
- Müştəri bazasının genişləndirilməsi;
- Müxtəlif layihələrlə bağlı agentlik və şirkətlərlə əlaqədə olmaq;
- Daxili və xarici əlaqələr;
- İşgüzar yazışmalar;
- Hesabatların aparılması;
- Müştərilərlə əlaqə saxlamaq və onların tələblərinin öhdəsindən gəlmək;
- Satış məqsədləri üçün PR və reklam mətninin hazırlanması;
- İstifadə olunan saytların effektivliyinin təhlil edilməsi;
- Taglines, şüarlar və hashtaglərin planlaşdırılması;
- Müxtəlif aidiyyatlı agentliklərin monitorinqı;
- Layihələrin marketinq strategiyasını həyata keçirmək və Marketinq strategiyasının inkişafı yolunda çalışmaq;
- Sponsorluq layihələrinin əlaqələndirilməsi;
- Marketinq təkliflərinin hazırlanması;
- Reklam yerləşdirmələrinə aid bir sıra açıq reklam agentlikləri ilə əməkdaşlığın aparılması;
- Komanda üzvləri arasında marketinq layihələrinin koordinasiyası;
- İdarənin rəhbərinə inzibati yardımın göstərilməsi - Şirkətin işgüzar profilini, fəaliyyət istiqamətlərini, daxili nizam-intizam qaydalarını bilməli;
- Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli;

- İş saatı: 09:30-18:30.
- İstirahət günü: Həftədə 2 gün
- Əmək haqqı 800-1000 AZN

Namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu Satış və Marketinq üzrə menecer”qeyd etməklə hr@connectsrvcs.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP