Dizayn, mətn tərtibatı və səhifələmə üzrə mütəxəssis
 
JOB TITLE: Dizayn, mətn tərtibatı və səhifələmə üzrə mütəxəssis
EMPLOYER: Dərs Evi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-02 LAST UPDATED: 2019-09-13 DEADLINE: 2019-10-02

Vəzifənin adı: Dizayn, mətn tərtibatı və səhifələmə üzrə mütəxəssis

Dərs Evi Tədris Mərkəzi özünə və peşəkarlıq qabiliyyətinə güvənən, beynəlxalq iş mühitində işləmək və davamlı inkişaf etmək istəyən namizədlər axtarışındadır.

Tələblərimiz:

• MS Word proqramını mükəmməl bilmə. Math type proqramı ilə işləyə bilmək arzuolunandır;
• Səhifələmə sahəsində təcrübə üstünlük təşkil edir;
• Azərbaycan və rus dillərində olan mətnlərlə peşəkar işləmə bacarığı;
• Komandada işləmə bacarığı;
• Dəqiqlik və detallara fikir vermə bacarığı;

Əsas öhdəliklər:

• Müxtəlif tədris, test materiallarının və mətnlərin göstərilmiş standartlara uyğun olmaqla səhifələnməsi;
• Səhifələnmiş materiallara düzəliş edilməsi, şirkətdaxili standartlara uyğunlaşdırılması, korreksiya edilməsi, yoxlanılması və çap üçün hazırlanması;
• Səhifələnmiş materialların sistemləşdirilmiş arxivinin aparılması;
• Mərkəzləşdirilmiş imtahan nəticələrinin avtomatlaşdırılmış qaydada yoxlanmasının həyata keçirilməsi.

Necə müraciət etməli:

Rezümelərinizi talent@dersevi.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu sətrində “Səhifələmə üzrə mütəxəssis” vəzifəsini göstərməyi unutmayın.

Son tarix: 30 sentyabr 2019-cu il.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP