İnsan Resursları üzrə mütəxəssis (İmişi r-u)
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis (İmişi r-u)
EMPLOYER: Azcompany DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-02 LAST UPDATED: N/A DEADLINE: 2019-10-02

Vakansiyanın adı: İnsan Resursları üzrə mütəxəssis (İmişi r-u)

İş haqqında məlumat:

- İşçilərin ilkin işə qəbul sənədlərinin toplanması, əmək müqavilələrinin hazırlanması və (www.e-gov.az) sisteminə daxil edilməsi;
- Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
- Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- Əmək kitabçalarına qeydiyyatın aparılması ;

Namizədə aid tələblər:

- Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.
- İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi ;

İş yeri:

İş yeri daimi olaraq İmişli rayonunda olacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini Azcompanyhr@gmail.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnsan Resursları üzrə mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP