
Baş Aşbaz
Vəzifə öhdəlikləri :
• Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək. • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək. • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək. • Xüsusi tədbirlərin sifarişi zamanı müştəri ilə görüşüb menyu hazırlamaq və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq. • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək. • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq. • Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq. • Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək. • Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək • Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək. • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək.
Tələblər:
• Baş aşpazın ən azı 5 il iş təcrübəsi olmalıdır. • Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq. • Ünsiyyət qurma bacarığı; büdcənin tərtib etmək və ona nəzarət etmək. • Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • Həftədə 6 iş günü, 1 gün istirahət; • Nahar şirkət tərəfindən təmin edilir; • Əmək haqqı - 900-1000 AZN • Əlaqə nömrəsi- 050-571-07-00 *9797
Qeyd : Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Baş Aşbaz” yazıb hr@limecatering.az ünvanına CV göndərməsi xahiş olunur.
|