Müəllim
 
JOB TITLE: Müəllim
EMPLOYER: Brave kids uşaq baxçası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-02 LAST UPDATED: 2019-09-02 DEADLINE: 2019-10-02

«Brave kids» uşaq baxçasına müəllim.

Vəzifələri:

• Məktəbəqədər dövrdə aparıcı fəaliyyətlərin təşkili: manipulyasiya və oyunlarla uşaqların inkişafını təmin etmək;
• Psixoloji cəhətdən rahat və təhlükəsiz təhsil mühitinin yaradılmasında, uşaqların təhlükəsizliyinin təmin edilməsində, sağlamlığının qorunması və möhkəmləndirilməsində, təhsil aldığı müddətdə uşağın emosional rifahının dəstəklənməsində iştirak etmək;
• Erkən və məktəbəqədər yaşlı uşaqların fiziki, bilikverici və fərdi inkişafını təmin etmək üçün nəzəriyyə və pedaqoji metodlara malik olmaq;
• Məktəbəqədər yaşlı uşağın şəxsiyyətinin müşahidələr əsasında öyrənmək, çətinliklərini müəyyənləşdirmək və ona kömək etmək;
• Təhsil prosesində iştirak edən məktəbəqədər təhsil müəssisəsinin digər işçiləri ilə (musiqi müəllimi, psixoloq, loqoped, tibb işçisi) və valideynlər əlaqə saxlamaq;

Тələblər:

• Ali və ya orta pedaqoji təhsil (məktəbəqədər, ibtidai siniflər);
• İxtisası üzrə 1 ildən az olmayaraq iş təcrübəsi;
• Kompyuterdən və texniki avadanlıqlardan istifadə;
• Savadlı nitq;
• Komandada işləmək bacarığı;
• Təşkilati bacarıqlar;
• Psixoloji sabitlik;
• Tez qərar qəbul etmək bacarığı

Şəxsi keyfiyyətlər

• Yüksək məsuliyyət və mənəvi sabitlik;
• Münasibət qurma bacarığı;
• Uşaqlara sevgi ;
• Empatiya (mərhəmətlilik);
• Dürüstlük;
• Xeyirxahlıq

İş şəraiti

•Həftədə 5 gün I –V günlər
• Saat 8:00 – 18:00-dək.

Əlaqə : 012 525 17 18, 070 478 17 18
Info@bravekids.az
www.bravekids.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP