Reklam satışı üzrə menecer
 
JOB TITLE: Reklam satışı üzrə menecer
EMPLOYER: CinemaPlus DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-30 LAST UPDATED: N/A DEADLINE: 2019-09-29

Reklam satışı üzrə menecer

Vəzifə öhdəlikləri:

- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
- Şirkətin müştəri bazasının artırılması;
- Müştərilərlə görüşlərin keçirilməsi, təkliflərin hazırlanması və təqdimatların keçirilməsi;
- Danışıqların aparılması; şərtlərin müzakirə olunması;
- Yeni əməkdaşlıq müqavilələrinin şərtlərinin razılaşdırılması və müqavilə layihələrinin hazırlanması;
- Struktur rəhbərinin təlimatına əsasən digər satış tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər

- Ali təhsil
- Yaş həddi: 22-40 yaş
- Azərbaycan, və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı(inigilis dili arzuolunandır)
- MS Office proqramları üzrə biliklər
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- Punktuallıq
- Planlama qabiliyyəti və yüksək təşkilatçılıq bacarığı
- Nitq qabiliyyəti
- Təqdimat hazırlamaq və keçirmək bacarığı
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı

İş şəraiti:

- İş qrafiki: 10:00-19:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İşçi korporativ nömrə ilə təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir

Maraqlananlar öz şəkilli CV formalarını karyera@cinemaplus.az ünvanına göndərə bilər.
Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır. Tövsiyyə məktubunun olması arzuolunandır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP