
Vakansiya: Rus bölməsi İbtidai sinif müəllimi
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Rus Bölməsinə İbtidai sinif Müəllimi vəzifəsi üçün vakansiya mövcuddur.
Bilməlidir:
• Tədris planları və proqramlarını, tədrisdə metodiki sənədlərlə işi; • Fənn tədrisinin və tərbiyənin metodikasını, zəruri pedaqoji, elmi-metodik və təşkilati idarəetmə məsələlərini həll edə bilmək çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını, pedaqoji fənlər silsiləsini • Tədrisdə pedaqoji işin təşkili və aparılması qaydalarını və bu sahədə respublika və beynəlxalq iş təcrübəsini; • Məktəbdə tərbiyənin nəzəriyyəsi və metodikasını və pedaqoji kadrların ixtisaslarının artırılması qaydalarını; • Pedaqogikanı, pedaqoji psixologiyanı, uşaqların gigiyena və fiziologiyasını; • Təlim-tərbiyə və uşaqların inkişafının metodikasını; • İnformasiya-kommunikasiya texnologiyalarından istifadə qaydalarını;
Тələblər:
• Ali pedaqoji təhsil (ibtidai siniflər); • İxtisası üzrə 3 ildən az olmayaraq iş təcrübəsi; • Kompyuterdən və texniki avadanlıqlardan istifadə; • Savadlı nitq; • Komandada işləmək bacarığı; • Təşkilati bacarıqlar; • Psixoloji sabitlik; • Tez qərar qəbul etmək bacarığı
Şəxsi keyfiyyətlər
• Yüksək məsuliyyət və mənəvi sabitlik; • Münasibət qurma bacarığı; • Uşaqlara sevgi ; • Empatiya (mərhəmətlilik); • Dürüstlük; • Xeyirxahlıq
Qeyd: CV göndərmək istəyən namizədlər aşağıdakı linkə daxil olub göndərə bilərsiniz https://www.21esr.com/career/jobaz/vacancy/12-rus-bolmasi-uzra-ibtidai-sinif-muallimi
|