Avto-elektrik
 
JOB TITLE: Avto-elektrik
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-30 LAST UPDATED: N/A DEADLINE: 2019-09-29

Vəzifə: Avto-elektrik

“Azertexnolayn” MMC-nin Polad Boru Zavoduna “Avto-elektrik” vakansiyası üzrə mütəxəssis axtarılır.

Vəzifə öhdəlikləri:

 Avtomobillərin (Minik avtomobilləri, yük maşınları, Mercedes-axor, Actros, MAN TGA, Avtokar və avtokran) elektrik sistemi ilə bağlı yaranmış problemləri aradan qaldırır.
 Müvafiq cihazlar (star diagnosis, multi-scaner, motor test cihazı, yanacaq sistemi test cihazı, sensorların simulyatoru, kompressometr, multimetr, enjektorların təmizlənməsi) vasitəsilə yaranmış problemin düzgün diaqnozunu təyin edir.
 Təmir üçün lazım olan mal-materialları təyin edərək sifariş üçün birbaşa rəhbərinə bildirir.
 Avtomobillərin periodik təmirini həyata keçirir, periodik texniki qulluğunu, təmir-sazlama işlərini həyata keçirir.
 Avtomobillərin elektrik sistemlərinin sazlığını təmin edir, lazımi önləyici tədbirlər həyata keçirir.
 Mövcud problemlər, yarana biləcək problemlər haqqında rəhbərliyə məlumat verir.

Seçim meyarları:

Müvafiq sahədə 2 il iş təcrübəsi;
Orta, texniki, texniki peşə və ya ali təhsil;
Azərbaycan dilində sərbəst yazmaq və oxumaq, danışmaq qabilliyyəti;
Rus vəya İngilis dili biliyi (diaqnostika və texniki sənədləri üçün)

İş şərtləri:

Struktur: Polad Boru Zavodu
Əmək haqqı: Razılaşma əsasında
İş rejimi: Növbəli qrafiklə
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
Əlavə təminatlar: Nahar şirkət tərəfindən təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Avto-elektrik” başlığı ilə hr@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP