
Vəzifə: Avto-elektrik
“Azertexnolayn” MMC-nin Polad Boru Zavoduna “Avto-elektrik” vakansiyası üzrə mütəxəssis axtarılır.
Vəzifə öhdəlikləri:
Avtomobillərin (Minik avtomobilləri, yük maşınları, Mercedes-axor, Actros, MAN TGA, Avtokar və avtokran) elektrik sistemi ilə bağlı yaranmış problemləri aradan qaldırır. Müvafiq cihazlar (star diagnosis, multi-scaner, motor test cihazı, yanacaq sistemi test cihazı, sensorların simulyatoru, kompressometr, multimetr, enjektorların təmizlənməsi) vasitəsilə yaranmış problemin düzgün diaqnozunu təyin edir. Təmir üçün lazım olan mal-materialları təyin edərək sifariş üçün birbaşa rəhbərinə bildirir. Avtomobillərin periodik təmirini həyata keçirir, periodik texniki qulluğunu, təmir-sazlama işlərini həyata keçirir. Avtomobillərin elektrik sistemlərinin sazlığını təmin edir, lazımi önləyici tədbirlər həyata keçirir. Mövcud problemlər, yarana biləcək problemlər haqqında rəhbərliyə məlumat verir.
Seçim meyarları:
Müvafiq sahədə 2 il iş təcrübəsi; Orta, texniki, texniki peşə və ya ali təhsil; Azərbaycan dilində sərbəst yazmaq və oxumaq, danışmaq qabilliyyəti; Rus vəya İngilis dili biliyi (diaqnostika və texniki sənədləri üçün)
İş şərtləri:
Struktur: Polad Boru Zavodu Əmək haqqı: Razılaşma əsasında İş rejimi: Növbəli qrafiklə İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1 Əlavə təminatlar: Nahar şirkət tərəfindən təmin edilir
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Avto-elektrik” başlığı ilə hr@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.
|