Daxili Auditor
 
JOB TITLE: Daxili Auditor
EMPLOYER: Mətanət A DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-29 LAST UPDATED: N/A DEADLINE: 2019-09-28

Mətanət A” şirkəti Daxili Auditor vakansiyasını elan edir

İşin təsviri:

 Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
 Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
 Daxili və xarici satınalmalara verilən sifarişləri izləmək, satınalmaları nəzarətdə saxlamaq, tender, alınan təklif və satınalınan malların alış qiymətlərinin uyğunluğunu yoxlamaq;
 Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
 Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;
 Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
 Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

 Razılaşma yolu ilə.

Tələblər:

 Təhsil: Ali (İqtisadi)
 İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;
 Yaş həddi: 25-45;
 Dil bilikləri: Azərbaycan, Rus dili və İngilis dili;
 Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
 Daxili və Xarici Satınalma üzrə təcrübə vacibdir.

Şəxsi keyfiyyətləri:

 İşə planlı yanaşma;
 Yüksək ünsiyyət bacarığı;
 Nitq mədəniyyəti;
 Təmkinlilik, etibarlılıq, özünəinam;
 Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.

Əlavə şərtlər:

 Ezamiyyət imkanları;
 Şəxsi avtomobilinin olması üstünlükdür.

Əlavə tələblər:

 Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP