
Kreativ direktor / baş dizayner
Tələblər:
• Müvafiq sahədə ən az 3 il iş təcrübəsi; • Azərbaycan və rus dillərini sərbəst bilmək; • Qrafik dizayn proqramları ilə mükəmməl işləmə bacarığı (Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects, Adobe InDesign) ; • Kreativ yaradıcılıq bacarığı olmalı; • Dəqiq və detallara diqqətli olmalı; • Kollektivdə işləmək bacarığı olmalı; • Təşəbbüskar və çevik olmalı; • Portfolio mövcudluğu;
Əsas öhdəliklər:
• Gələcək ünsiyyət üçün yaradıcı ideyaların hazırlanması; • Təsdiq edilmiş promosyonların və kampaniyaların həyata keçirilməsində aktiv iştirak; • Digər reklam şirkətlərinin işinin monitorinqi; • Brendin idarəedilməsi departamentinin hər kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanın yaradılması və proseslərin yerinə yetirilməsi; • Cari dizayn trendləri üzrə tədqiqatın aparılması və maraqlı tərəfin ehtiyaclarına əsaslanaraq yatırım edilməli potensial sahələrin müəyyən edilməsi; • Qrafik kompüter proqramlarını və alətləri ilə işləməsi; • Reklam kampaniyalarının xüsusiyyətlərini, reklam kampaniyalarının forma və üsullarını bilməli; • Dizaynın əsaslarını bilməli; • Kreativ direktorun işini tənzimləyən sifarişləri, göstərişləri, əmrləri, və digər normativ sənədlərlə işləməsi; • Media, reklam, istehlakçıların müdafiəsi, müəllif hüquqlarını və qanunvericilikləri bilməli;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Kreativ direktor / baş dizayner) qeyd edərək, cv@nikoil.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
|