Planlama üzrə mütəxəssis
 
JOB TITLE: Planlama üzrə mütəxəssis
EMPLOYER: Gilan Tekstil Parkı DUTY STATION: Azerbaijan, Sumgait
PUBLISHED: 2019-08-27 LAST UPDATED: N/A DEADLINE: 2019-09-26

Vəzifə: Planlama üzrə mütəxəssis (Gilan Textile Park)

İş növü: Tam iş günü (Full-time)
Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş yeri: Azərbaycan / Sumqayıt
Dillər Azərbaycan-Ana dili
İngilis Orta
Rus Əla

Öhdəliklər:

● Müəyyən edilmiş zaman aralığı (həftə/ay/rüb/il) üçün istehsalat planlarının hazırlanması;
● Sifariş miqdarı, çeşidi, yükləmə tarixi və sairə parametrlərinin dəyişməsi halında istehsal qaynaqlarını effektiv sürətdə istifadə etmək şərti ilə istehsal planında müvafiq düzəlişlərin edilməsi;
● Xammal və köməkçi materiallar / kimyəvi maddələr üzrə ehtiyac planlamasının aparılması (MRP);
● Satınalma proqramında xammal və köməkçi materiallar / kimyəvi maddələr və lazımi digər malların sifarişinin açılması və sifarişlərin təmininin izlənməsi;
● Sifarişlərin yükləmə tarixlərinə qədər təhvil verilməsinə nəzarət edilməsi;
● İstehsalatda istifadə olunan xammalın, köməkçi materialların / kimyəvi maddələrin anbarlardakı qalıqlarına nəzarət edilməsi;
● Hazır məhsul üzrə anbar qalığına nəzarət edilməsi.

Tələblər:

- Ali təhsil (menecment, iqtisadiyyat, mühəndislik);
- Müvafiq sahədə ən az 2 illik iş təcrübəsi;
- MS Ofis proqramlar ilə işləmək bacarığı;
- Təşəbbüskarlıq və çevik qərar qəbul etmə bacarığı;
- Yazılı hesabat tərtib etmək təcrübəsi;
- Kollektivlə işləmək bacarığı.

hr@giltex.az   https://hr.gilanholding.com/v/4726

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP