İnsan Resursları üzrə Menecer
 
JOB TITLE: İnsan Resursları üzrə Menecer
EMPLOYER: Azakhov LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-26 LAST UPDATED: N/A DEADLINE: 2019-09-25

AZAKHOV FİNANCE

Şirkətimizə hal hazırda İnsan Resursları üzrə Menecer tələb olunur.

Vəzifə öhdəlikləri:

• İşçilərə yazılı xəbərdarlıq və töhmətlərin verilməsi
• İşçilər barədə məlumatların 1C sistemə daxil edilməsi
• İşçilərin şəxsi işlərinin Elektron (ERP sistemdə) və kağız üzərində aparılması
• Aylıq tabel cədvəlinin tərtib olunması və Əmək haqqının hesablanması üçün Mühasibatlıq şöbəsinə təqdim olunması
• Əməkdaşların müraciəti əsasında xasiyyətnamə, səfirliyə və digər təyinatda arayışların və ezamiyyə vərəqələrinin hazırlanması, direktor tərəfindən təsdiqlənməsinin izlənməsi və təsdiqlənmiş sənədlərin işçilərə təhvil verilməsi
• Aidiyyəti dövlət strukturlarına zəruri hesabat və sənədlərin hazırlanaraq təqdim olunması
• Sənədlərin reyestr qeydiyyatının aparılması
• Əmək kitabçalarının sifariş edilməsi və təhvil alınması
• İllik Əmək məzuniyyəti cədvəllərinin hazırlanması
• İllik Əmək məzuniyyəti cədvəllərinə əsasən işçilərin məzuniyyətə çıxmasının monitorinqi, pozuntuların aşkar edilməsi halında rəhbərliyə məruzə edilməsi
• Ödənişsiz əmək məzuniyyətin verilməsi
• Bülletenlərin doldurulması, tabeldə işlənməsi və mühasibatlığa təqdim edilməsi
• Uşaq pulu və digər sosial müavinatların verilməsi üçün sənədləşmənin aparılması və muhasibatlığa ötürülməsi
• İşçilərin icbari sığortalanması
• İR şöbəsinə təqdim olunan Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
• Görülən işlər barədə rəhbərliyə hesabat vermək
• İşçilərin davamiyyətinə nəzarət etmək

Namizədə qoyulan tələblər:

• Azərbaycan və Rus dillərini yaxşı səviyyədə bilmək
• Ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini, kargüzarlıq, sənədlərinin rəsmiləşdirilməsi, qeydiyyatı və saxlanması qaydalarını bilmək
• Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi
• Nəticə və vaxt yönümlülük, planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarığı, qərar qəbul etmək bacarığı
• Insanlarla rahat ünsiyyət qurmaq bacarığı

Əmək haqqı: 500 azn
İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini office@azakhov.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İnsan Resursları üzrə Menecer” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP