Sex Rəisi
 
JOB TITLE: Sex Rəisi
EMPLOYER: A+Co MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-26 LAST UPDATED: 2019-08-26 DEADLINE: 2019-09-25

Şirkət: “A+CO” MMC

Vəzifə: Sex Rəisi

İş qrafiki: 6 gün ( Şənbə günü qısa iş günü)
Əmək haqqı: 1000-1500 AZN

Vəzifə tələbləri:

1. Göstərilən vəzifə üzrə ən azı 2 il iş təcrübəsi olmalıdır.
2. 25-40 Yaş aralığı olması vacibdir.
3. Kompüter proqramlarından (Word,Excel,Outlook) sərbəst istifadə bacarığı.
4. Azərbaycan dilini səlis şəkildə bilməli, Rus dilini bilməsi arzuolunandır.

Ümümi Tələblər:

1. İdarəetmə qabiliyyətinin olması,
2. Məsuliyyətli və komanda ilə işləmək bacarığı,
3. Disiplin və planlı işləmək bacarığı.

Vəzifə Öhdəlikləri:

1. Hazır məhsul (Süzmə) İstehsalatı sahəsinin fəaliyyətinə rəhbərlik edir, istehsal sahəsinin vaxtında istismara hazırlanmasını, xammalın qəbulunu, saxlanmasını, buraxılışını, digər məsələlərlə bağlı işlərin icra olunması;
2. İstehsal edilən məhsulun vaxtında, ahəngdar və yüksək keyfiyyətlə buraxılması;
3. İstehsal olunan məhsulun vaxtında və yüksək keyfiyyətlə qablaşdırılmasına və anbarlara təhvil verilməsinə nəzarət edilməsi;
4. Malların kəmiyyət və keyfiyyət üzrə saxlanılması, texniki qurğuların və texnoloji avadanlığın texniki cəhətdən düzgün və səmərəli istifadə olunması;
5. İstehsal edilən məhsulların istehsal və saxlanılması texnologiyasının təkmilləşdirilməsi, yeni texnikanın tətbiqi, bütün resurs növlərinə qənaət edilməsi, işçi yerlərinin attestasiyası və səmərələşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
6. Fəhlələrin və operatorların fəaliyyətini əlaqələndirilməsi və sahənin işçilərinə rəhbərlik edilməsi;
7. Şirkət avadanlıqlarının gündəlik işə hazırlanmasını təşkil etmək, onların ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırılması üçün lazımı tədbirlər görmək;
8. Şirkətin istehsalat avadanlıqlarının cari və əsaslı təmiri üzrə işlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi, profilaktik işlərinin aparılması işlərinə nəzarət və rəhbərlik etmək;
9. Şirkətin istehsal etdiyi məhsullarının istehsalının mütərəqqi texnoloji proseslərin tətbiqi üzrə təklifləri işləyib hazırlamaq, istehsal edilən məhsulların resepturalarına nəzarət edilməsi;
10. İstehsal məhsullarının çeşidlərinin genişləndirilməsi, yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq, yeni resepturaları, yeni xammal növlərinə soyuq və isti emal zamanı itki və tullantı normalarının hazırlanmasının və təsdiq edilməsini həyata keçirmək;
11. Texnoloji proseslərin təkmilləşdirilməsi, yeni xammal növlərinin tətbiq olunması, çeşidin genişləndirilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üzrə təkliflər hazırlamaq və tədbirlər görmək;
12. İşdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq məqsədi ilə beynəlxalq qabaqcıl texnologiyanı öyrənmək və istehsalatda tətbiq etmək
13. Texnoloji avadanlıqların yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək
14. Xammalın növlərə ayrılmasına və ədviyyatların ölçüsünə nəzarət edilməsi;
15. Xammalın üzlüklərinin işlənməsinə və xammalın istehsalında qatqıların dəqiq çəkilişinə nəzarət edilməsi;
16. İstehsalatda əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməsini təmin edilməsi, fəaliyyətdə olan sanitar-gigiyena və yoluxucu-epidemioloji xəstəliklərə qarşı norma və qaydalara əməl olunmasına nəzarət edilməsi
17. İstehsalat və əmək intizamına, daxili iş qaydalarına riayət olunmasına, işçilərin təlimatlandırılmasına və onlara təhlükəsiz iş metodlarının öyrədilməsinə nəzarət edilməsi
18. İşçilər tərəfindən texnoloji təlimatlara və digər normativ-texniki sənədlərə əməl olunmasına nəzarət edilməsi;

Müraciət üçün hr@aplusco.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Sahə rəisi” vəzifəsini qeyd etməyiniz vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP