
Bank “BTB” ASC Nəzarət şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.
Nəzarət şöbəsinin rəhbəri
İş barədə məlumat:
- Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir. - Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarəti həyata keçirir, onları yoxlayır və avtorizasiya edir. - Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir. - Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və avtorizasiya edir. - Müştərilərin kredit dosyelərinin aparılması, sənədlərin bankdaxili qaydalara uyğun toplanması və hazırlanmasını təşkil edir. - Kreditlə bağlı sığorta müqavilələrinin müddətinə nəzarət edir və bu barədə bankdaxili qaydalara müvafiq olaraq, Kredit şöbəsinin müvafiq əməkdaşını məlumatlandırır. - Çirkli pulların yuyulmasına və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları hazırlayır. - Müştəri hesabları üzrə aparılan bütün əməliyyatların qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır. - Bankdaxili qaydaların tələblərinə uyğun olaraq, filialın Nəzarət şöbəsi rəhbərinə aid digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
Ali iqtisadi təhsil, bank sektorunda ən azı 3 il iş təcrübəsi, dəqiqlik, nəzarətetmə bacarığı, qərarlar qəbul etmək bacarığı, liderlik bacarıqları; MS office proqramında işləmək bacarığı,
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 20 Sentyabr 2019-cu il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Nəzarət şöbəsinin rəhbəri göstərməyiniz xahiş olunur.
|