Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən yeni bir şirkət “Baş Mühasib” vəzifəsinə işə qəbul elan edir.
İş yeri: Bakı şəhəri
Vəzifə və öhdəliklər:
• Geniş spektrli maliyyə və məsrəf mühasibatı rolunu, proqnozlaşdırma və büdcə işi və sairə mühasibat işini idarə etmə; • Gündəlik maliyyə və mühasibat əməliyyatlarına məsuliyyət daşıma; • Tam hesab sistemini icra etmə və hesabların vaxtında bağlanılmasını təmin etmə; • Layihə məsrəfi proqnozları/büdcələri, xərcin izlənməsi, monitorinq və nəzarət işini həyata keçirmə; • Vaxtında aylıq konsolidə edilmiş maliyyə bəyanammələri, ödənişlər, pul axınının idarə olunmasına dair hesabat verməyə məsul olma; • Baxış və təsdiq üçün layihə xərcinə dair hesabatlar hazırlamaq; • Daxili nəzarət və səmərəli mühasibat sistemi və qaydalarını hazırlama və saxlama; • Şirkət daxili xərc ayırmalarının rəhbərlik müqavilələrinə uyğunluğunu təmin etmə; • Xərclərin dəyişilməsi təhlili və izafi xərclərə dair erkən xəbərdarlıq üzrə sistem yaratmaq və saxlama; • Xərclərin ixtisarı təşəbbüsləri üzrə müvafiq şöbələrlə məsləhətləşmə tərzində işləmə; • Əmək qanunlarının hər hansı pozuntusuna görə məsuliyyət daşıma
Tələb olunan bacarıqlar:
• Ali təhsil; • Mühasibat/Maliyyə/ACCA ixtisası üzrə Dərəcə; • Maliyyə və idarəetmə mühasibatı sahəsində minium 5 il müvafiq təcrübə; • Audit sahəsində müvafiq təcrübə; • Mükəmməl strateji planlaşdırma bacarıqları; • Müstəqil işləmək bacarığı; • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komandada işləmək bacarıqları; • MS Office proqramları; • 1C sahəsində iş təcrübəsi; • Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilməli (ingilis dilini bilən namizədlər arzuolunandır); • Kənd Təsərrüfatı sahəsində mühasibat işini bilənlərə üstünlük veriləcək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini agroparkrecruitment@gmail.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Baş Mühasib” qeyd etməyiniz xahiş olunur.
|