SƏTƏM üzrə Baş Mütəxəssis
 
JOB TITLE: SƏTƏM üzrə Baş Mütəxəssis
EMPLOYER: Grand-Agro LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-22 LAST UPDATED: N/A DEADLINE: 2019-09-21

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat və imtiyazlar

- Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May və Koroğlu metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Nahar Şirkət tərəfindən verilir
- Sınaq müddətindən sonra I dərəcəli ailə üzvləri daxil olmaqla tibbi sığorta təminatı
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

SƏTƏM üzrə Baş Mütəxəssis

Vəzifə öhdəlikləri

- İş yerlərində əməyin mühafizəsi ,texniki və yanğın təhlükəsizliyinə nəzarət
- İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsində iştirak edir və metodiki tövsiyyələrini verir;
- İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasının təşkili
- Təlimat jurnallarının imzalanmasına nəzarət
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması
- Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər verir
- İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi ,
- Əməyin , sağlamlığın mühafizəsi, texniki, yanğın təhlükəsizliyi ilə bağlı təlimatların işlənib hazırlanması, daxili təlimlərin keçirilməsi , metodiki tövsiyyələrin verilməsi,
- İş yerinin Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət etmək
- Fərdi mühafizə vasitələri , xüsusi geyim və ayaqqabılardan istifadə etməyən işçilər barəsində müəssisədaxili qaydalara uyğun tədbirlərin görülməsi ilə bağlı təqdimat vermək
- Əməyin mühafizəsinə dair ilin əvvəlində “İllik Tədbirlər planı”-nın hazırlanması və yerinə yetirilməsini həyata keçirmək
- Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarət

Tələb olunan təhsil və biliklər:

• Ali təhsil , SƏTƏMM üzrə sertifikatların olması üstünlükdür
• İş təcrübəsi - 3-5 il
• Dil bilikləri – Azərbaycan dili sərbəst, İngilis dili yaxşı
• Texniki bacarıqlar - Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsipləri (İSO 9001/ İSO 14001/OHSAS 18001) üzrə biliklər , Müvafiq qanunvericilik aktları və normaları
• Məsuliyyətli,disiplinli,açıq fikirli
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• İşçi heyəti ilə işləmək bacarığı,
• Yaxşı kommunikasiya bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “SƏTƏM üzrə Baş Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP