İngilis Dili İnstruktoru
 
JOB TITLE: İngilis Dili İnstruktoru
EMPLOYER: Code Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-22 LAST UPDATED: N/A DEADLINE: 2019-09-21

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir. Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Vakansiya: İngilis Dili İnstruktoru

İşin təsviri:

- Code Academy Tech English və Digital Literacy kurrikulumu ilə ingilis dili tədrisini həyata keçirmək
- 17+ yaş qrupa Elementary və Pre-intermediate səviyyələrində dərs vermək
- Tələbənin dərsə hazırlığı və iştirakı barədə düzgün və effektiv rəy bildirmək
- Tələbənin suallarına e-mail vasitəsilə rəy bildirmək

Biz sizə həftədə 4 günlük iş rejimi təklif edirik.
İş saatları: 14:00 – 17:45 və ya 19:00-21:45

Görmək istədiyimiz bilik və təcrübə:

- 7+ IELTS
- Pedaqoji təhsil mütləqdir
- Ən azı 1 il pedaqoji təcrübə mütləqdir
- CELTA və TKT olması üstünlükdür
- Hər yaş qrupu ilə işləyə bilmək bacarığı
- Qrup və individual yanaşma bacarığı
- Müəllimlik işini sevmək

Axtardığımız qabiliyyətlər:

- Tələbəni düşündürə bilmək və onu sual verməyə təşviq edə bilmək
- Məsuliyyətlilik - Gülərüzlülük
- Güclü ünsiyyət bacarığı
- Səbirlilik
- Öyrənməyə açıq olmaq
- Özünəinam

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Öz ixtisasınızla bağlı spesifik biliyə yiyələnmək imkanı
- Müvəffəqiyyətlə işlədiyiniz 1 ilin sonunda Code Academy daxilindəki bütün dərslərə giriş imkanı

Əmək haqqı sizin gözləntiniz və saatlar nəzərə alınaraq sizi qane edəcək səviyyədə olacaq.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP