Texniki dəstək şöbəsinin mütəxəssisi (Helpdesk)
 
JOB TITLE: Texniki dəstək şöbəsinin mütəxəssisi (Helpdesk)
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-22 LAST UPDATED: N/A DEADLINE: 2019-09-21

Texniki dəstək şöbəsinin mütəxəssisi (Helpdesk)

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnfrastruktur departamenti Texniki dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• PCİ DSS standartlarının tələblərinə uyğun olaraq 24 saat ərxində hadisələrin jurnallarının saxlanılması və hadisələrin reaksiyası üzrə tədbirləri həyata keçirilməsi;
• Ödəniş kartları komponentləri və məlumatlarına avtorizasiya olunmamış çıxış mümkünlüyünün istisna olunması;
• Siyasətin, eləcə də təqdim olunan çıxış hüquqları reyestrlərinin aktual vəziyyətdə saxlanması;
• Çıxışın təşkili zamanı pozuntuların vaxtında aşkarlanması və onların aradan qaldırılması tədbirlərini görülməsi;
• İT hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, analizi və ümumiləşdirilməsi;
• Kritik İT hadisələrinin baş verdiyi halda İT insidentlərinə reaksiya verilməsinə görə məsul işçinin vaxtında məlumatlandırılmasının təmin edilməsi;
• İT hadisəsi haqqında alınmış informasiyanın analizin həyata keçirilməsi və onun təsnifatı;
• İT insidentlərinə və/və ya ödəniş kartlarının məlumatlarının komprometasiyasına aid olunması haqqında qərarın qəbul edilməsi;

Tələblər

• Texniki sahədə ali təhsil;
• İT sahəsində 2 ildən artıq iş təcrübəsi;
• Əla ünsiyyətqurma bacarığı;
• Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı;
• Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
• Komandada işləmək bacarığı, topladığı təcrübəni bölüşmək bacarığı.

CV-lərinizi, mövzu hissəsində “Texniki dəstək şöbəsinin mütəxəssisi (Helpdesk)” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP