İş icraçısı
 
JOB TITLE: İş icraçısı
EMPLOYER: Atlas LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-22 LAST UPDATED: N/A DEADLINE: 2019-09-21

İş icraçısı

İş barədə məlumat

- Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir.
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir.
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
- İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir. Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır.
- Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir. Fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflərlə təqdim edir. Kollektivdə tərbiyəvi iş aparır.
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatları işə cəlb etmək üçün, obyektlərin təhvil alınmasında iştirak edir. Mühafizə olunan zonalarda işlərin istehsalına icazə verən buraxılışları tərtib edir. Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, icrası nəzərdə tutulan, tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir

Namizədə tələblər

- Ali təhsil (Sənaye və mülki tikinti)
- ən az 3 illik təcrübə
- Son 3 ildə qeyd olunmuş vakansiya ilə bağlı iş təcrübəsi olmalı
- Azərbaycan və rus dilində səlis danışa bilməli ,ingilis dilini orta səviyyədə
- Məsuliyyətli, dəqiq və peşakar
- Komputer bilikləri: Microsoft Office ,Autocad , tekla əla səviyyədə bilməli
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
- İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
- Podrat təşkilatlarının sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməli

Müraciət qaydası:

Müraciət üçün CV-i cv@atlas.az elektron ünvanına göndərməyiniz xahiş olunur.Vakansiyaya aid olmayan CV-lər baxılmayaçaq

Əmək haqqı : müsahibə zamanı müzakirə olunacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP