
Vakansiya: Rus bölməsi üzrə müəllim assistenti
Vəzifələri:
• “XXI ƏSR” Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzinin Orta məktəbində, ibtidai siniflərdə fənn tədrisini həyata keçirilməsində müəllimlərə kömək edilməsi ; • Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir; • Təhkim olunduğu sinifdə pedaqoji və metodiki işləri aparılmasında müəllimə kömək etmək; • İbtidai təhsil dövrdə aparıcı fəaliyyətlərin təşkili: manipulyasiya və oyunlarla uşaqların inkişafını təmin etmək; • Psixoloji cəhətdən rahat və təhlükəsiz təhsil mühitinin yaradılmasında, uşaqların təhlükəsizliyinin təmin edilməsində, sağlamlığının qorunması və möhkəmləndirilməsində, təhsil aldığı müddətdə uşağın emosional rifahının dəstəklənməsində iştirak etmək; • Məktəb yaşlı uşaqların fiziki, bilikverici və fərdi inkişafını təmin etmək üçün nəzəriyyə və pedaqoji metodlara malik olmaq; • Məktəb yaşlı uşağın şəxsiyyətinin müşahidələr əsasında öyrənmək, çətinliklərini müəyyənləşdirmək və ona kömək etmək; • Təhsil prosesində iştirak edən təhsil müəssisəsinin digər işçiləri ilə (musiqi müəllimi, psixoloq, loqoped, tibb işçisi) və valideynlər əlaqə saxlamaq;
Bilməlidir:
• Tədris planları və proqramlarını, tədrisdə metodiki sənədlərlə işi; • Fənn tədrisinin və tərbiyənin metodikasını, zəruri pedaqoji, elmi-metodik və təşkilati idarəetmə məsələlərini həll edə bilmək çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını, pedaqoji fənlər silsiləsini • Tədrisdə pedaqoji işin təşkili və aparılması qaydalarını və bu sahədə respublika və beynəlxalq iş təcrübəsini; • Məktəbdə tərbiyənin nəzəriyyəsi və metodikasını və pedaqoji kadrların ixtisaslarının artırılması qaydalarını; • Pedaqogikanı, pedaqoji psixologiyanı, uşaqların gigiyena və fiziologiyasını; • Təlim-tərbiyə və uşaqların inkişafının metodikasını; • İnformasiya-kommunikasiya texnologiyalarından istifadə qaydalarını;
Тələblər:
• Ali pedaqoji təhsil (ibtidai siniflər); • İxtisası üzrə 1 ildən az olmayaraq iş təcrübəsi; • Kompyuterdən və texniki avadanlıqlardan istifadə; • Savadlı nitq; • Komandada işləmək bacarığı; • Təşkilati bacarıqlar; • Psixoloji sabitlik; • Tez qərar qəbul etmək bacarığı
Şəxsi keyfiyyətlər
• Yüksək məsuliyyət və mənəvi sabitlik; • Münasibət qurma bacarığı; • Uşaqlara sevgi ; • Empatiya (mərhəmətlilik); • Dürüstlük; • Xeyirxahlıq
Qeyd: CV göndərmək istəyən namizədlər aşağıdakı linkə daxil olub göndərə bilərsiniz https://www.21esr.com/career/jobaz/vacancy/10-rus-bolmasi-uzra-muallim-assistenti
|