Labaratoriya müdiri
 
JOB TITLE: Labaratoriya müdiri
EMPLOYER: Fortis Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-20 LAST UPDATED: N/A DEADLINE: 2019-09-19

“FORTİS GROUP” MMC Labaratoriya müdiri vakansiyası elan edir:

Labaratoriya müdiri

- Müəssisənin adı: “FORTİS GROUP” MMC
- İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

- Texniki sahə üzrə ali təhsil;
- Yüksək səviyyədə texniki biliklər (kimya və fizika sahəsində);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:

- Zavod üçün lazım olan yeni məhsulların araşdırılmasını həyata keçirmək.
- Yeni məhsul və ya mövcud məhsulun inkişafına dair işləri həyata keçirmək.
- İstehsal ediləcək yeni məhsulların proses və xammal standartlarını müəyyən etmək.
- İstehsal olunan məhsulların xərc və keyfiyyət optimizasiyasını təmin etmək.
- Müştəri şikayətlərini nəzarətdə saxlamaq və müştəri məmnuniyyətinin təmin olunması üçün laboratoriya işlərini həyata keçirmək.
- Bazarda baş verən yenilik və dəyişiklikləri araşdırmaq və nəzarətdə saxlamaq.
- Səmərəli və keyfiyyətli məhsul əldə etmək üçün istehsal mərhələsində keyfiyyətə nəzarətin həyata keçirilməsini təmin etmək.
- İstehsalat üçün reseptlər hazırlamaq, maddələrin qarışma və birləşmə nisbətlərini müəyyənləşdirmək və yoxlanılmasını təmin etmək.
- İstehsalat zamanı istifadə olunan üsulların məhsuldarlığını daim nəzarətdə saxlamaq və inkişaf fəaliyyətlərini icra etmək.
- Məhsulun keyfiyyətini artıracaq araşdırmaları həyata keçirmək.
- Müəyyən olunmuş hesabatları aparır və lazımi hesabatları tərtib edir.
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Təminatlar:

- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Labaratoriya müdiri” yazaraq s.sharifzade@fortisgroup.az ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP