Qaynaqçı
 
JOB TITLE: Qaynaqçı
EMPLOYER: Grand-Agro LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-20 LAST UPDATED: N/A DEADLINE: 2019-09-19

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May və Koroğlu metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Nahar Şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Qaynaqçı

Vəzifə öhdəlikləri

- Elektrik qaynağı aparatlarının işə hazır vəziyyətə gətirmək
- Bağ ərazisində elektrik qaynağı avadanlıqları vasitəsilə qaynaqlama və kəsmə əməliyyatlarının həyata keçirilməsi
- İş yerinin təhlükəsiz olmasına diqqət etmək, qaynaq kabellərinin, qaynaq ləvazimatlarının və qaynaq avadanlıqlarının düzgün istismar olunmasını, qorunmasını, onların qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun düzgün yerləşdirilməsini, habelə onların ətraf mühitin təsirindən mühafizəsini təmin etmək
- Qaynağın və qaynaq birləşmələrinin növlərini,qaynaq olunan detal və elementlərin tərkibini, elektrodların növləri və tərkibini, elektrodların düzgün seçilməsi qaydalarını, qaynaq birləşmələri üzrə müvafiq standarların tələblərini, qaynaq aparatları, avadanlıqları və ləvazimatatlarının işlədilmə və istismar qaydalarını bilmək və iş prosesində bunlara riyət etmək
- İş prosesindən əvvəl və sonra iş yerinin istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək

Tələb olunan təhsil və biliklər:

- Orta-texniki təhsil
- Qaynaq üzrə müvafiq sertifikasiya
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi
- Məsuliyyətli, təmkinli və diqqətli

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Qaynaqçı” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP