Hüquqşünas/kiçik hüquqşünas
 
JOB TITLE: Hüquqşünas/kiçik hüquqşünas
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-16 LAST UPDATED: N/A DEADLINE: 2019-09-15

“PAŞA Sığorta” ASC namizədləri Hüquqşünas/kiçik hüquqşünas vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətin fəaliyyətinin hüquqi təminatı üçün hüquqi ekspertiza üzrə funksiyaların icra edilməsi;
• Şirkətdaxili normativ və kadr sənədlərinin (əmr, təlimat, protokol və s.) hazırlanması və/və ya hazırlanmasında iştirak;
• Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması;
• Müqavilə layihələrinin hazırlanması, daxil olan sənədlərin və rəsmi sorğuların hüquqi ekspertizasının aparılması;
• Daxil olan sorğulara əsasən qanunvericilik aktları və onlara əlavə və dəyişikliklərin şirkət əməkdaşlarına göndərilməsinin təmin edilməsi;
• Məhkəmə və digər hüquq mühafizə orqanlarına, hüquqi şəxslərə sığorta hadisələri üzrə işlər istisna olmaqla hüquqi işlər (məhkəmə işləri) üzrə müraciətlərin göndərilməsi;
• Maliyyə Monitorinqi üzrə müvafiq sənədlərin toplanması və reyesterin aparılmasının təmin edilməsi;
• Müvafiq dövlət orqanlarına və digər şirkət və təşkilatlara sorğuların hazırlanması və göndərilməsi və onlardan cavabların qəbul edilməsi;
• Daxil olan sorğulara əsasən tender üzrə hüquqi sənədlər toplusunun hazırlanmasında iştirak;
• Birbaşa rəhbərin tapşırığına əsasən müvafiq işlərin icra edilməsi.

Bilik və bacarıqlar:

• Ali hüquq təhsili;
• sığorta sahəsində azı 1 il təcrübə;
• Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
• Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, rus və ingilis dili biliyinin olması arzu olunandır;
• MS Office proqramları üzrə istifadə bacarıqları;
• Ünsiyyət qurmaq bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Stressə davamlı;

Son müraciət tarixi: 15 sentyabr, 2019-cu il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP