İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi
 
JOB TITLE: İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi
EMPLOYER: Kontinent İnşaat MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-16 LAST UPDATED: N/A DEADLINE: 2019-09-15

İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi

Funksiyaları

İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi Keyfiyyət İdarəetmə Sistem sənədlərinin, o cümlədən prosedurların, iş icra üsullarının, nəzarət və sınaq planları üzrə öhdəsinə düşən işlərin dəqiqliklə və yuksək keyfiyyətlə yerinə yetiriməlidir.

 İşin spesifikasiya haqqında məlumatlı olmaq, öz işinin tədbiqinə dair sənədlər, o cümlədən Nəzarət və sınaq Planı, Prosedurlar, İşin İcra Usulları əsasında qurmaq.
 Fəaliyyət göstərdikləri sahədə, çalışanlara sənədlərin (prosedur, təlimat, forma və s.) istifadəsi, məlumat, sənəd və istehsal qeydləri və İdarəetmə sistemlərinin təcrübə və işinə uyğun digər məlumatlar vermək, dəstək olmaq, zəruri maarifləndirmə
 Fəaliyyət göstərdikləri sahədə, İdarəetmə sistemlərinin siyasət və məqsədlərinin başa düşülməsini və bunlara uyğun hərəkət edilməsini təmin etmək.
 İdarə sistemləri çərçivəsində gördüyü işlərdə, işlədiyi strukturu təmsil edərək, bu işlərə lazımı əlavələr etmək üçün Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumat vermək.
 Qruplar, bölmələr və layihələr (tikinti) əsasında İdarə sistemlərinin sənəd və qeydlərini paylamaq, onlara nəzarət etmək.
 Yoxlamalarda və ya yoxlamalardan kənar müəyyən edilən və ya qarşıya çıxa biləcək uyğunsuzluqlar barədə Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumat vermək.
 İslahedici və önləyici fəaliyyətləri planlaşdırmaq, onlara nəzarət etmək, zəruri təkmilləşdirici fəaliyyətlər tövsiyə etmək, planlaşdırmaq və həyata keçirilməsində əmin olmalıdır.
 İdarə sistemləri çərçivəsində yer alan təklif sisteminə uyğun olaraq, rəy və təkliflərin təqdim edilməsinə dəstək olmaq.

Vəzifəyə olan tələblər

 İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi vəzifəsinə ali inşaat ixtisas təhsilli və ixtisası üzrə mütəxəssis olaraq azı 5 il iş stajı
 Kompyuter biliyi: Word, Excel və İnternet
 Nəzarət və qərar qəbul etmə qabiliyyəti.
 Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
 Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
 Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti, ingilis dili arzu olunandır

Bilməlidir

 İqtisadiyyatın və əsaslı tikintinin əsasi iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;
 tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarınıq sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişafının perspektivlərini;
 bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini;
 iqtisadiyyatı və istehsalın; əməyin və idarəetmənin təşkilini;
 podrat müqavilələrinin bağlanma və icra qaydalarını;
 təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
 tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni;
 mülki və əmək qanunçuluğunun əsaslarını;
 əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları.

E - mail : hr@kontinent.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP